Masazırda qəza: MAN-ın qoşqusu “Prius”u əzdi

Hadisə

14.07.2023 - 16:23

Həkimlər Klinikalar SEO Xidməti

Xəsarət alan “Toyota”nın sürücüsü xəstəxanaya çatdırılıb

Abşeron rayonunun Masazır qəsəbəsində yol qəzası baş verib. Abşeron Rayon Polis İdarəsindən AYNA-ya bildirilib ki, yol-nəqliyyat hadisəsi gecə saatlarında Masazır dairəsində qeydə alınıb.

MAN markalı yük avtomobilinin sürücüsü idarəetməni itirərək maşının qoşqusunu aşırıb. Həmin vaxt paralel hərəkətdə olan “Toyota” markalı taksi avtomobili qoşqunun altında qalıb.

Xəsarət alan “Toyota”nın sürücüsü xəstəxanaya çatdırılıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş