Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb
Masallı rayonunda toyundan sonra ölən 16 yaşlı qızın qətlə yetirildiyi məlum olub.
AYNA xəbər verir ki, bu barədə "Report"a Masallı Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın ölümü ilə bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda araşdırma aparılır.
Qeyd edək ki, öldürülən qız iki həftə öncə rayonun Xoşçobanlı kəndindən olan oğlanla evləndirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də Masallı rayonunda toyundan sonra dünyasını dəyişən 16 yaşlı qızın ölümü ilə bağlı araşdırmalara başlayıb.