“Marinera” tankerinin ekipajında olan iki Rusiya vətəndaşı azad olunub

Dünya

09.01.2026 - 20:10

Mariya Zaxarova: “Biz bu qərarı alqışlayır və ABŞ rəhbərliyinə minnətdarlığımızı bildiririk”

ABŞ Prezidenti Donald Tramp Şimali Atlantikada keçirilən əməliyyat zamanı ABŞ tərəfindən əvvəl saxlanılmış “Marinera” tankerinin ekipaj heyətindən olan iki Rusiya vətəndaşının azad edilməsi barədə qərar qəbul edib. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi bu qərarı alqışlayır: “Biz bu qərarı alqışlayır və ABŞ rəhbərliyinə minnətdarlığımızı bildiririk. Həmvətənlərimizin ən qısa müddətdə vətənə qayıdışının təmin edilməsi ilə bağlı bütün məsələlərin təcili praktiki işlənməsinə başlayırıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş