Maqdalena Qrono: “Azərbaycanın Avropa İttifaqının vacib tərəfdaşıdır”

Xəbərlər

08.01.2025 - 16:19

Həkimlər Klinikalar SEO Xidməti

“Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasında maraqlıdır”

Azərbaycanın Avropa İttifaqının vacib tərəfdaşıdır. AYNA xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda deyib.

Qrono bildirib ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sabitliyin təmin olunmasında maraqlıdır.

Xüsusi nümayəndə Azərbaycanın region və onun hüdudlarından kənar kontekstində əhəmiyyətinə toxunaraq, bu xüsusda Avropa İttifaqı ilə Azərbaycan arasında dialoqun önəmini vurğulayıb.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini deyən qonaq, xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş