MAQATE Zaporojye AES-də nüvə təhlükəsizliyi zonası yaratmağa çağırış edib

Dünya

06.03.2023 - 17:46

cedabet dərman SEO Xidməti

Rafael Qrossi: “Mən hər iki tərəflə məsləhətləşmələrimi intensivləşdirdim”

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Zaporojye Atom Elektrik Stansiyasında (AES) nüvə təhlükəsizliyi zonasının yaradılmasını təklif edib. AYNA xarici mediaya istinadən bildirir ki, Qrossi belə bir müraciətlə MAQATE-nin Rəhbərlər Şurasının iclasından əvvəl çıxış edib.

Qrossinin sözlərinə görə, Zaporojye AES-də mövcud vəziyyət bu tədbiri tələb edir.

"Mən hər iki tərəflə məsləhətləşmələrimi intensivləşdirdim və bu mühüm tədbirə gecikmədən nail olmaq üçün davamlı fəal dəstəyə ümid edirəm", - deyə Qrossi bildirib və əlavə edib ki, hərbi əməliyyatlar və gərgin iş şəraiti AES-də nüvə təhlükəsizliyini təhlükə altına atır.

MAQATE-nin baş direktoru bildirib edib ki, noyabr ayından bəri Agentlik Ukraynanın müxtəlif təşkilatlarına ianə olunmuş avadanlığın beş partiya tədarükünü başa çatdırıb. Yaxın aylarda bir sıra tədarüklər də planlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş