MAQATE-nin baş direktoru Özbəkistana səfər edib

Dünya

04.12.2024 - 11:25

Həkimlər Klinikalar SEO Xidməti

Qrossi Səmərqənddə keçiriləcək Atom Enerjisinin İnkişafı və İstifadəsi üzrə Beynəlxalq Konfransda iştirak edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossinin Özbəkistana səfəri və Səmərqənddə keçiriləcək Atom Enerjisinin İnkişafı və İstifadəsi üzrə Beynəlxalq Konfransda iştirak edəcək. AYNA xəbər verir ki, bu barədə “Uzatom” agentliyinin Mətbuat Xidməti məlumat yayıb.

“MAQATE-nin baş direktoru Rafael Mariano Qrossi Özbəkistan Respublikasına ikigünlük rəsmi səfər edib”, - deyə məlumatda qeyd olunub.

Bundan əvvəl onun dekabrın 5-də keçiriləcək “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin davamlı inkişafında nüvə enerjisindən dinc məqsədlərlə istifadə perspektivləri: beynəlxalq və milli təcrübə” adlı konfransda iştirak edəcəyi barədə məlumat verilmişdi.  

Konfransın baş tərəfdaşı “Rosatom” dövlət korporasiyasıdır.

Müəllif: Ayna.az