"Mançester Siti" futbolçusu ilə müqaviləni uzadıb

İdman

16.07.2022 - 01:29

Həkimlər Klinikalar SEO Xidməti

Mahrez bu komandaya "Lester"dən keçib

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Riyad Mahrezlə müqavilə müddətini uzadıb.

AYNA-nln "şəhərlilər"in rəsmi saytına istinadən məlumatına görə, Əlcəzair yığmasının cinah hücumçusu ilə 2025-ci ilədək anlaşma əldə olunub.

Mahrez bu komandaya 2018-ci ilin yayında "Lester"dən keçib. O, "Mançester Siti"nin heyətində 189 matçda 63 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.

31 yaşlı oyunçu "şəhərlilər"lə 3 dəfə İngiltərə çempionluğu, 3 dəfə Liqa Kuboku qazanıb, 1 dəfə Çempionlar Liqasının finalçısı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş