"Milan"ın futbolçusu koronavirusa yoluxub

İdman

24.09.2020 - 04:14

24 yaşlı oyunçu ötən mövsüm 6 oyuna çıxıb

 

İtaliyanın "Milan" klubunun futbolçusu Leonardo Duarte koronavirusa yoluxub. 

 

AYNA-nın məlumatına görə, braziliyalı müdafiəçi karantinə alınıb. Komandanın digər üzvlərinin testlərinin nəticəsi isə mənfi olub. 

 

Qeyd edək ki, Leonardo Duarte "Milan"a 2019-cu ilin yayında Braziliya "Flamenqo"sundan 10 milyon avroya keçib. 24 yaşlı oyunçu ötən mövsüm 6 oyuna çıxıb. Onun "qırmızı-qaralar"la müqaviləsi 2024-cü ilin yayınadəkdir. 

 

İtaliya A Seriyasının ilk turunda "Milan" öz meydanında "Bolonya"ya qalib gəlib - 2:0. Növbəti görüş sentyabrın 27-də səfərdə "Krotone"yə qarşı olacaq.

Müəllif: Ayna.az