“Qalatasaray” 3-cü liqa klubuna uduzdu

İdman

05.12.2019 - 02:30

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb

 

Futbol üzrə Türkiyə kubokunda 5-ci mərhələnin ilk oyunları keçirilir.

 

AYNA xəbər verir ki, "Qalatasaray" doğma azarkeşləri önündə səviyyəcə 3-cü liqa təmsilçisi olan "Tuzlaspor"u qəbul edib.

 

Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb.

 

Qeyd edək ki, cavab oyunları dekabrın 17-19-da keçiriləcək.

Müəllif: Ayna.az