“Fənərbaxça” Türkiyə kubokunda finala yüksələ bilməyib

İdman

17.06.2020 - 06:11

“Fənərbaxça” öz meydanında “Trabzonspor”u qəbul edib

 

Koronavirus pandemiyası üzündən dayandırılan Türkiyə kuboku bərpa olunub.

 

AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, ilk oyunları martda baş tutan yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start verilib.

 

“Fənərbaxça” öz meydanında “Trabzonspor”u qəbul edib. Üç ay öncə evdə 2:1 hesablı qələbə qazanan qonaqlar səfərdəki erkən qolla hesabı açıb.

 

İstanbul klubu matçdakı tarazlığı ilk yarıda bərpa etsə də, fasilədən sonra daha iki top buraxaraq məğlubiyyətlə üzləşib. Bununla da 7 ildən sonra finala yüksələn trabzonlular tarixində 15-ci dəfə həlledici görüşə vəsiqə qazanıb.


 
Qeyd edək ki, sabah “Alanyaspor” – “Antalyaspor” matçı baş tutacaq. Səfərdə 1:0 hesabı ilə qalib gələn alanyalılar üstünlüyünü qorumağa çalışacaq.

 

Türkiyə kuboku
Yarımfinal, cavab oyunu
16 iyun
“Fənərbaxça” – “Trabzonspor” – 1:3
Turuc, 42 – Sorlot, 6, 83, Novak, 90+4
İlk oyun – 1:2

Müəllif: Ayna.az