Adanın 20 min sakini turist axınına qarşı yürüş keçirib
İspaniyanın Balear adalarına turist axını yerli sakinlərin ciddi narazılığına səbəb olur. AYNA xarici mediaya istinadən bildirir ki, regionun inzibati mərkəzi olan Palma-de-Malyorka şəhərinin əhalisi mövcud turizm modelində dəyişiklik tələbi ilə nümayişə başlayıblar.
Kütləvi turizmə qarşı yürüşdə 20 minə yaxın insan iştirak edir. Onların fikrincə, mövcud turizm modeli təbii ehtiyatlara təsir edir və əhalinin mənzilə çıxışını getdikcə daha da çətinləşdirir.
Ötən il 1,2 milyon sakinin yaşadığı Balear adalarına rekord sayda - 17,8 milyon turist gəlib. Turizm gəlirləri regionun ümumdaxili məhsulunun 45 faizini təşkil edir. Etirazçılar isə bundan yalnız az sayda insanın faydalandığını iddia edirlər.