Mali ordusu terrorçularla son döyüşlərdə xeyli itki verib

Dünya

30.07.2024 - 09:17

Həkimlər Klinikalar SEO Xidməti

Mali hökuməti keçən həftə terrorçularla döyüşlər zamanı canlı qüvvə və texnika baxımından xeyli itki verdiyini etiraf edib.

AYNA xəbər verir ki, bu barədə Mali Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.

"İyulun 19-dan Mali Silahlı Qüvvələri Afarak və Tinsauaten yaşayış məntəqələrində (ölkənin şimal-şərqində, Əlcəzairlə sərhəd yaxınlığında) vəziyyətin sabitləşdirilməsi əməliyyatlarında iştirak edib", - məlumatda deyilir.

Qeyd olunur ki, bundan sonra hərbçilər yaraqlıların reketçilik, soyğunçuluq və ölkənin şimal şəhərlərini təmin etmək üçün göndərilən logistik konvoyların hərəkətini blokladığı Tinsauatenin azad edilməsini hədəf seçiblər

Bununla belə, döyüş bölgəsindəki qum fırtınası şəraitində terrorçular yenidən qruplaşa və əhəmiyyətli dərəcədə möhkəmlənə biliblər.

Eyni zamanda, Baş Qərargah Mali Silahlı Qüvvələrinin sıralarında ölən və yaralananların dəqiq sayını açıqlamayıb.

Mali hakimiyyəti ilə ekstremist və separatçı qruplar arasında silahlı münaqişə 2012-ci ildə başlayıb. O vaxtdan ölkə, ilk növbədə, təhlükəsizlik və sosial-iqtisadi inkişaf sahəsində böhranlı vəziyyətdədir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş