Makrona qarşı impiçment prosedurunun başladılması təsdiqlənib

Dünya

17.09.2024 - 16:23

Həkimlər Klinikalar SEO Xidməti

“Milli Assambleyanın Bürosu Makronun hakimiyyətdən uzaqlaşdırılması prosedurunun başlanmasını təsdiqləyib”

Fransa Milli Assambleyasının Bürosu ölkə Prezidenti Emmanuel Makrona qarşı impiçment proseduruna başlamaq üçün qətnamə layihəsini təsdiqləyib. AYNA xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

“Milli Assambleyanın Bürosu Makronun hakimiyyətdən uzaqlaşdırılması prosedurunun başlanmasını təsdiqləyib”, – nəşr yazıb.

Qeyd olunub ki, Büro parlamentin aşağı palatasının ali kollegial orqanıdır və hazırda onun 22 üzvündən 12-si solçu partiyaların təmsilçiləridir. Makronun impiçmenti təklifi solçu “Əzilməmiş Fransa” koalisiyası tərəfindən irəli sürülüb.

Bundan əvvəl Fransa Milli Assambleyasının Makronun istefası ilə bağlı qətnaməyə baxacağı məlum olub. Bu təklif parlamentin aşağı palatasında Fransa liderinin solçu koalisiyanın seçkilərdə qalib gəlməsinə baxmayaraq, “Əzilməmiş Fransa” koalisiyasının hökumətin qurulmasında iştirakına icazə verməməsindən sonra irəli sürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş