Makron Durova “Telegram”ın qərargahını Parisə köçürməyi təklif edib

Dünya

28.08.2024 - 13:11

Həkimlər Klinikalar SEO Xidməti

Məxfi nahar zamanı Durov Fransa liderinin təklifindən imtina edib

2018-ci ildə Fransa Prezidenti Emmanuel Makron “Telegram”ın həmtəsisçisi Pavel Durova şirkətin baş ofisini Parisə köçürməyi təklif edib. AYNA xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, 2018-ci ildə məxfi nahar zamanı Makron Durova “Telegram”ın baş qərargahının Fransa paytaxtına köçürülməsini təklif edib. Eyni zamanda, Fransa lideri “Telegram”ın həmtəsisçisi ilə ona bu ölkənin vətəndaşlığının verilməsini müzakirə edib.

Lakin Durov şirkəti Parisə köçürməkdən imtina edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş