Makron: “Avropa ilə Rusiya arasında dialoqun bərpası vacibdir”

Dünya

19.12.2025 - 11:55

“Biz avropalılar və ukraynalılar bu müzakirələri düzgün şəkildə bərpa etmək üçün bir format tapmalıyıq”

Brüsseldə keçirilən Avropa İttifaqı (Aİ) sammitindən sonra Fransa Prezidenti Emmanuel Makron Avropanın Rusiya ilə dialoqu bərpa etməsinin vaxtının çatdığını bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

"İnanıram ki, Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar yenidən faydalı olacaq. Düşünürəm ki, biz avropalılar və ukraynalılar bu müzakirələri düzgün şəkildə bərpa etmək üçün bir format tapmalıyıq. Əks halda, biz öz aramızda və Rusiya tərəfi ilə ayrıca danışıqlar aparacaq danışıqçılarla nizamlama məsələlərini müzakirə edəcəyik ki, bu da optimal deyil", - deyə o bildirib.

Qeyd edək ki, Aİ sammitinin iştirakçıları dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi ilə bağlı razılığa gələ bilməyiblər. Bunun əvəzinə, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen yekun mətbuat konfransında bildirib ki, növbəti iki il ərzində Ukraynaya 90 milyard avro ayrılması qərarı verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş