Mahmud Abbas Fələstində milli razılıq hökumətinin yaradılmasını mümkün sayır

Dünya

07.08.2024 - 12:02

Həkimlər Klinikalar SEO Xidməti

“Milli razılıq hökumətinin yaradılması ilə bağlı məsləhətləşmələr Qəzza zolağında hərbi əməliyyatlar dayandırıldıqdan sonra başlayacaq”

Fələstin lideri Mahmud Abbas bildirib ki, Fələstində milli razılıq hökumətinin yaradılması ilə bağlı məsləhətləşmələr Qəzza zolağında hərbi əməliyyatlar dayandırıldıqdan sonra başlayacaq.

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, Abbas qeyd edib ki, HƏMAS hərəkatı milli barışıq şərtlərini qəbul edərsə, Qəzzada müharibə başa çatdıqdan sonra milli birlik hökumətinin formalaşdırılması üzrə planlaşdırılmış məsləhətləşmələrə başlanılacaq. Onun sözlərinə görə, artıq 3 aydır ki, Fələstinin siyasi qruplaşmalara aid olmayan peşəkar kadrlarından formalaşmış texnokratik hökumət fəaliyyət göstərir.

Abbas vurğulayıb ki, hazırda Fələstin hakimiyyəti üçün prioritet İsrailin Qəzza zolağına təcavüzünə son qoymaqdır.

Bundan əvvəl Abbas bildirib ki, Fələstin-İsrail münaqişəsinin həlli yolu beynəlxalq qətnamələrə əsaslanan siyasi həll yoludur, İsrail isə münaqişəyə son qoymaq üçün sülh yolundan imtina edir.

Abbas həmçinin bildirib ki, Qəzza zolağı qanuni Fələstin hakimiyyətinin nəzarətinə verilməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş