Magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başlayacaq

Xəbərlər

29.06.2020 - 13:22

cedabet dərman SEO Xidməti

Boş qalan yerlərin siyahısı DİM-in internet saytında təqdim ediləcək

 

Dövlət İmtahan Mərkəzi (DİM) "Magistr" jurnalının 5-ci nömrəsini dərc edib. DİM-dən AYNA-ya verilən məlumata görə, jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.

 

“Bakalavrların nəzərinə çatdırırıq ki, magistr proqramları (ixtisaslaşmaları) üzrə boş qalan yerlərin siyahısı və həmin yerlərin müsabiqəsində iştirak etmək üçün elektron ixtisas seçimi haqqında elan iyul ayında DİM-in internet saytında və “Magistr” jurnalının növbəti sayında təqdim ediləcək”, - deyə Mərkəzin məlumatında deyilir.

 

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş