Jurnalistika üzrə ixtisasların sayı 9-a çatıb
Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edilib.
AYNA-nın xəbərinə görə, dəyişikliyə əsasən, magistraturada "Jurnalistika" üzrə ixtisasların sayı artırılıb.
Siyahıya "Jurnalistika" ixtisası əlavə edilib. Beləliklə, magistraturada jurnalistika üzrə ixtisasların sayı 9-a çatıb. Bura Radiotelejurnalistika, Beynəlxalq jurnalistika, Mətbuat tarixi, Jurnalistika nəzəriyyəsi, Publisistik jurnalistika, Media və kommunikasiya sistemləri, Televiziya və radio yayımları menecmenti, İdman jurnalistikası və yeni yaradılan Jurnalistika ixtisasları daxildir.