Mağazanın tavanını söküb 13 min oğurlayıb

Hadisə

13.02.2021 - 13:51

Hidayət Rüstəmov oğurluqda şübhəli bilinərək saxlanılıb

 

İmişli rayonu ərazisində yerləşən mağazaların birindəki seyfdən 12 800 manat məbləğində pul oğurlanıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, rayon sakini, əvvəllər məhkum edilmiş Hidayət Rüstəmov oğurluqda şübhəli bilinərək saxlanılıb.

 

H. Rüstəmov dindirilərkən obyektin tavanını sökərək gizli yolla mağazaya daxil olduğunu, oradakı dəmir seyfdən 12 800 manat məbləğində pulu oğurladığını etiraf edib.

 

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif: Ayna.az