Maduro: “Venesuela ordusu bu il 39 narkotik təyyarəsini məhv edib”

Dünya

30.12.2025 - 13:36

“Apure ştatında bu il 31-ci narkotik təyyarəsi vurulub"

“Venesuela Ordusu 2025-ci ildə 39 narkotik təyyarəsini məhv edib”. AYNA.AZ xəbər verir ki, bu sözləri Venesuela Prezidenti Nikolas Maduro “Venezolana de Televisión” televiziya kanalının efirində deyib.

"Silahlı qüvvələrimizi, ərazi müdafiə kompleksimizi və xüsusən də hava hücumundan müdafiə və hərbi aviasiyamızı təbrik etmək istəyirəm. Çünki dünən Apure ştatında bu il 31-ci narkotik təyyarəsi vurulub", Maduro deyib.

Bazar ertəsi günü Amazonas ştatında daha səkkiz təyyarə məhv edilib.

Onun sözlərinə görə, narkotik əleyhinə qanun qəbul ediləndən bəri Venesuela ordusu 430 narkotik təyyarəsini məhv edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş