Bakı metrosunun “Bənövşəyi” xətti üzrə yay qrafikinə keçilir

Xəbərlər

29.06.2026 - 17:02

Qatarların hərəkəti “Xocəsən-8 Noyabr” və əks istiqamətdə 8 dəqiqə intervalla təşkil olunacaq

İyulun 1-dən Bakı metropoliteninin “Bənövşəyi” xəttində yay qrafikinin tətbiqinə başlanılır. Xətt üzrə qatarların hərəkəti “Xocəsən-8 Noyabr” və əks istiqamətdə 8 dəqiqə intervalla təşkil olunacaq.

Metropolitendən AYNA.AZ-a verilən məlumata görə, yay qrafikində qatarların “Avtovağzal-8 Noyabr” sahəsində hərəkətinə fərqli interval tətbiq edilməyəcək.

Xətt üzrə davamlı mintorinqlər aparılacaq, bu dövrdə sərnişin axınının dəyişkən xüsusiyyətləri və digər zəruri hallar nəzərə alınaraq, ehtiyat qatarlardan istifadə olunacaq.

“Bənövşəyi” xətt üzrə yay qrafiki yeni tədris mövsümü başlayana qədər qüvvədə olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş