İranın Qətərdə saxlanılan 6 milyard dolları ölkəyə gətiriləcək

Dünya

29.06.2026 - 20:37

“Qalan vəsaitlərin qaytarılması ilə bağlı hazırda işlər davam edir"

İran Prezidenti Məsud Pezeşkian Qətərdə saxlanılan 6 milyard dolların dondurulmasının ləğvini təsdiqləyib. AYNA.AZ “Tasnim”ə istinadən xəbər verir ki, o bu açıqlamanı Quma səfəri zamanı verib.

"Həyata keçirilən proqrama uyğun olaraq, Qətərdəki İran fondlarının 12 milyard dollarından 6 milyard dolları dondurulmadan çıxarılacaq və ölkəyə köçürüləcək. Qalan vəsaitlərin qaytarılması ilə bağlı hazırda işlər davam edir", - Pezeşkyan deyib.

O əlavə edib ki, hökumət eyni zamanda, iqtisadiyyatın bərpası və əhalinin dəstəklənməsi proqramlarını, o cümlədən ərzaq subsidiyası proqramı üçün maliyyələşdirmənin artırılmasını həyata keçirir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş