Macarıstan Parlamenti CFE Müqaviləsinin dayandırılmasını təsdiqləyib

Dünya

11.04.2024 - 14:37

İndi sənəd imzalanmaq üçün Macarıstan Prezidentinə göndərilməlidir

Macarıstan Dövlət Assambleyasının deputatları ölkənin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə (CFE) iştirakının dayandırılmasına səs verib. AYNA-nın xəbərinəı görə, “Daily News Hungary” bildirib ki, aprelin 10-da keçirilən səsvermə zamanı 177 parlamentari bu qərarı dəstəkləyib, beşi əleyhinə səs verib.

İndi sənəd imzalanmaq üçün Macarıstan Prezidentinə göndərilməlidir.

2023-cü ilin noyabrında Moskvanın analoji addımına cavab olaraq bütün NATO ölkələri CFE Müqaviləsini dayandırmaq qərarı verdilər.

“CFE Müqaviləsinin Avro-Atlantik təhlükəsizlik arxitekturasının təməl daşı kimi rolunun tanınması, NATO üzv dövlətlərinin ona əməl etdiyi, lakin Rusiyanın buna əməl etmədiyi bir vəziyyət qəbuledilməz olardı. Nəticədə, müqavilənin tərəfləri CFE Müqaviləsini lazım olan müddətə dayandırmaq niyyətindədirlər”, - İttifaq ölkələrinin bəyanatında vurğulanır.

Rusiya Prezidenti Vladimir Putin 2023-cü ilin mayında CFE Müqaviləsinin denonsasiyası haqqında qanunu imzalanıb. Mqavilədən çıxmaq proseduru altı ay sonra - noyabrın 7-də tamamlandı.

Müəllif: Ayna.az