Kim Çen In Pxenyanda Belarus lideri ilə görüşüb
Şimali Koreya lideri Kim Çen In və Belarus Prezidenti Aleksandr Lukaşenko Pxenyanda görüş keçiriblər. AYNA.AZ xəbər verir ki, bu barədə KCNA məlumat yayıb.
Belarus lideri səmimi qonaqpərvərliyə görə KXDR hökumətinə və xalqına minnətdarlığını bildirib.
Lukaşenko martın 25-də Şimali Koreyaya rəsmi səfər edib.