Belarus Prezidenti ölkəsinin ərazisində raket sistemi yerləşdirilməsini istəyir
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putindən Belarus ərazisində “Oreşnik” raket sistemini yerləşdirməyi xahiş edib. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Lukaşenko Minskdə Putinlə görüşündə deyib.
Rusiya Prezidenti cavab verib ki, Belarusda “Oreşnik” yerləşdirilməsi 2025-ci ilin ikinci yarısında mümkün olacaq.
"Bu vaxta qədər, ilkin hesablamalarımıza görə, biz onların seriyalı istehsalını quracağıq", - Putin bildirib.
Putin deyib ki, “Oreşnik” sistemləri Rusiya Strateji Raket Qüvvələri kompleksinin bir hissəsi olacaq, lakin hədəflərin müəyyən edilməsi “Belarusun hərbi-siyasi rəhbərliyinin səlahiyyətində qalacaq”.