“NATO Belarusa hücum edən kimi biz nüvə silahından istifadə edəcəyik”
Belarus Prezidenti Aleksandr Lukaşenko tələbələrlə görüşdə hansı halda nüvə silahının Belarus və Rusiyanı qorumaq üçün istifadə oluna biləcəyini izah edib. AYNA xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
“Dedim ki, Belarusa hücum Üçüncü Dünya müharibəsidir. Sağ olsun, Putin bu yaxınlarda nüvə doktrinasına düzəlişlər edərək bunu təsdiqlədi ki, Rusiya və Belarusa hücum olarsa, biz nüvə silahından istifadə edəcəyik. Sözümü təsdiqlədi. Bu, mənim bəyanatımın mahiyyəti idi. NATO bizə hücum edən kimi biz nüvə silahından istifadə edəcəyik”, - Prezident vurğulayıb.
“Biz nüvə silahından istifadə edəcəyik – onlar bizə cavab verə bilərlər. Ona görə də Rusiya bütün arsenalından istifadə edəcək. Və bu artıq dünya müharibəsidir. Qərb də bunu istəmir. Onlar buna hazır deyillər. Amma biz onlara açıq deyirik: qırmızı xətt dövlət sərhədidir. Onun üzərinə addım atsanız, cavab dərhal olacaq. Biz buna hazırlaşırıq. Mən bu barədə dürüst və açıq deyirəm”, - Lukaşenko əlavə edib.