“Belarusun mümkün çirkin hiylələri dəf etmək üçün gücü var”
“Ölkədə Belarusa qarşı mümkün çirkin hiylələri dəf etmək üçün lazım olan hər şey var”. AYNA “BelTa”ya istinadən xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko hərbi təhlükəsizlik məsələlərinə həsr olunmuş iclasda deyib.
Lukaşenko hesab edir ki, dövlət istənilən təhdidlərə qarşı tam hazırdır:
"Mən başa düşdüyüm kimi, Belarusun mümkün çirkin hiylələri dəf etmək üçün gücü var”, Prezident vurğulayıb.