Lukaşenko: “ABŞ-la böyük sövdələşməyə hazırıq”

Dünya

14.10.2025 - 20:23

“Bizim maraqlarımız da nəzərə alınmalıdır və hər şey ədalətli olmalıdır”

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampın administrasiyası öz növbəsində Minskin maraqlarını nəzərə alacağı təqdirdə, onunla “böyük sövdələşmə” bağlamağa hazır olduğunu bəyan edib.

AYNA.AZ BELTA-ya istinadən bildirir ki, Belarus Prezidenti Minskin müəyyən kompromislərə gedə və ABŞ-a doğru ilk addımları ata biləcəyini vurğulayıb.

Onun sözlərinə görə, Minsk və Vaşinqton arasında ikitərəfli münasibətlərin bərpası tendensiyası “müəyyən müsbət impuls” qazanıb.

"Biz onların qlobal təkliflərini, necə deyərlər, böyük sövdələşməni gözləyəcəyik. Biz buna hazırıq. Biz onlarla böyük sövdələşmə bağlamağa hazırıq. Amma bizim maraqlarımız da nəzərə alınmalıdır və hər şey ədalətli olmalıdır, çünki biz vaxtilə amerikalılarla razılaşdıq", - Lukaşenko qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş