Baş nazir və müdafiə naziri danışmağa qərar verib
Böyük Britaniyanın Baş naziri Keir Starmer və müdafiə naziri Con Healey Ukraynanın Rusiya ərazisində Britaniya silahlarından istifadə etməsi ilə bağlı açıq danışmağa qərar verib. AYNA xəbər verir ki, bu barədə “The Sunday Times” Britaniya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Media qeyd edir ki, bu, siyasətin dəyişməsi deyil, Böyük Britaniyanın Ukraynaya dəstək rolunu daha şəffaf şəkildə işıqlandırmaq məqsədi daşıyan tonun korreksiyasıdır.
London Ukrayna hərbçilərinin Kursk bölgəsində “Challenger 2” tanklarından istifadə etdiyini təsdiqləyib. Mətbuat həmçinin xatırladıb ki, Müdafiə Qüvvələri Britaniya pilotsuz uçan aparatlarından istifadə edir. Amma onların növü açıqlanmayıb.
Hökumətdəki mənbə vurğulayıb ki, Böyük Britaniya onun silahlarının Rusiyada Ukraynanın müdafiəsi çərçivəsində istifadə edildiyini etiraf etməkdən çəkinməyəcək.
"Biz bu kritik anda Britaniyaya dəstək verməklə bağlı hər hansı qeyri-müəyyənlik və ya əsəbilik istəmirik ", - mənbə bildirib.