Liviya paytaxtında fövqəladə vəziyyət elan edilib

Dünya

15.08.2023 - 20:34

cedabet dərman SEO Xidməti

Hökumət tibb işçilərinin çıxışını təmin etmək üçün atəşkəsə çağırıb

Liviyanın paytaxtı Tripolidə silahlı toqquşmaların baş verdiyi ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq olunub.

AYNA “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, bu barədə Liviya Milli Birlik Hökuməti qərar qəbul edib.

"Biz toqquşmaların olduğu ərazilərdə fövqəladə vəziyyət elan edirik və tibb işçilərinin çıxışını təmin etmək üçün atəşkəsə çağırırıq", - deyə Baş nazirin müavini Ramazan Əhməd Bujina bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş