Livanın paytaxtı Beyrutun Dahiyə məhəlləsində "Hizbullah" tərəfindən istifadə edilən portativ rabitə qurğularının partlaması nəticəsində ölənlərin sayı 1 500-ə çatıb.
AYNA xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində yaralanan İran səfiri Müctəba Əman xəstəxanaya yerləşdirilib. Onun durumu ağır deyil.
Livanın səhiyyə nazirinin səlahiyyətlərini icra edən Firas Abyad bildirib ki, ölkə xəstəxanaları qurbanlarla doludur: “Biz bütün tibb müəssisələrində yüksək hazırlıq elan etmişik, bir neçə yüz həkim səfərbər olunub”.
F.Abyad qeyd edib ki, yaralıları çatdırmaq üçün 50 təcili yardım maşını səfərbər olunub.
Onun sözlərinə görə, partlayışlar İsrailin təxribatı nəticəsində baş verib.