Netanyahu kabinetinin üzvləri və kəşfiyyat xidmətlərinin rəhbərləri ilə görüşü zamanı əməliyyatı təsdiqləyib
Livandakı peycer partlayışları Baş nazir Benyamin Netanyahu tərəfindən təsdiqlənmiş İsrail əməliyyatıdır. AYNA xəbər verir ki, bu barədə “Axios” yazıb.
Amerika nəşrinin mənbəsinə görə, Netanyahu öz kabinetinin üzvləri və kəşfiyyat xidmətlərinin rəhbərləri ilə görüşü zamanı əməliyyatı təsdiqləyib.
“Sky News Arabia” mənbələrinin eksklüziv olaraq verdiyi məlumata görə, Livan və Suriyada Hizbullah yaraqlılarının istifadə etdiyi peycerlərin partlaması İsrail kəşfiyyatı Mossad ilə əlaqəlidir. Mənbənin sözlərinə görə, Mossad peycer akkumulyatorlarına partlayıcı elementlər quraşdırıb ki, bu da onların temperaturun artması ilə partlamasına səbəb olub.