Litvaya miqrant axını

Dünya

04.07.2021 - 01:12

Həkimlər Klinikalar SEO Xidməti

Ölkədə fövqəladə vəziyyət rejimi elan edilib

 

Litva hökuməti Belarus ilə sərhəddə qanunsuz miqrant axını ilə əlaqədar ölkədə fövqəladə vəziyyət rejimi elan etmək qərarına gəlib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

 

Ölkənin daxili işlər naziri Agne Bilotayte bununla əlaqədar fövqəladə əməliyyat üzrə operativ rəhbər təyin edilib. Məlumatda qeyd olunub ki, sərhədçilər dünən gün ərzində dövlət sərhədini qanunsuz şəkildə keçməyə çalışan 150 miqrantı saxlayıblar. Bu da əvvəlki sutkalıq göstəricilərdən təxminən üç dəfə çoxdur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş