Litva Kalininqrada tranzitlə bağlı məhdudiyyətləri genişləndirib

Dünya

11.07.2022 - 12:46

Həkimlər Klinikalar SEO Xidməti

Reuters: Kalininqrad vilayətinə tranzit üçün qadağan olunmuş malların siyahısı genişləndirilib

Litva öz ərazisindən Kalininqrada malların tranzitinə məhdudiyyətləri genişləndirmək qərarına gəlib. AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Söhbət beton, taxta, spirt və spirt tərkibli sənaye kimyəvi maddələr kimi məhsullardan gedir. Bu məhsulların Litva ərazisindən tranzitlə daşınması qadağandır.

Qeyd edək ki, iyunun 18-də Litva Dəmir Yolları Kalininqrad Dəmir Yolunu Avropa İttifaqının sanksiyalarına məruz qalan bir sıra malların tranzitinin dayandırılması barədə xəbərdar edib. Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanovun sözlərinə görə, malların çeşidinin 40-50 faizi, o cümlədən tikinti materialları, sement və metallar sanksiyalar altına düşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş