“Lisey və gimnaziyalara qəbul sualları təkmilləşdiriləcək”
“Bizim ən böyük hədəfimiz vahid yanaşmadır. Lisey və gimnaziyalara qəbul sualları təkmilləşdiriləcək”. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, bu sözləri Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev deyib.
Fuad Qarayev bildirib ki, növbəti illərdə qəbul onlayn şəkildə də keçirilə bilər: “Növbəti illərdə qəbul komputerlə keçirilə bilər. Bunun üçün infrastruktur qurulması lazımdır. hazırlıqları yekunlaşdıra bilsək, növbəti ildən bu imtahanlar elektron olacaq".