$LIBRA qalmaqalı Mileyin reytinqinə mənfi təsir edib

Dünya

11.03.2025 - 17:19

Respondentlərin 45 faizi Prezidentə müsbət, 50 faizi isə mənfi münasibət bəsləyir

Bir neçə şirkət tərəfindən aparılan sorğular göstərir ki, Argentina Prezidenti Xavyer Meylinin sosial şəbəkələrdə məlumat dərc etdiyi $LIBRA kriptovalyutası ilə bağlı qalmaqal onun reytinqinə xeyli təsir edib. AYNA.AZ xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, “Atlas-Intel” şirkətinin fevralın sonunda keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 45%-i Meyliyə müsbət, 50%-i isə mənfi münasibət bəsləyir. Yanvarda qalmaqaldan əvvəl bu rəqəmlər müvafiq olaraq 55% və 41% idi.

Araşdırma göstərib ki, respondentlərin 48,7%-i Meyli hökumətində “çox və ya kifayət qədər” korrupsiyanın olduğuna inanır. Respondentlərin 60%-dən çoxu qalmaqalı korrupsiya ilə əlaqələndirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş