Lənkəranda mübahisə zamanı yıxılan şəxs yerindəcə keçinib

Hadisə

18.11.2021 - 06:14

Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib

Lənkəranda mübahisə zamanı xəsarət alan şəxs dünyasını dəyişib

Lənkəranda mübahisə zamanı xəsarət alan 51 yaşlı kişi dünyasını dəyişib. AYNA-nın APA-ya istinadən məlumatına görə, rayonun Kənarmeşə kəndində fəaliyyət göstərən çayxanada Mail Mirzəağa oğlu Heydərovla bir nəfər arasında mübahisə yaranıb.

Mübahisə zamanı Seydəkəran kənd sakini olan 1970-ci il təvəllüdlü Mail adlı şəxs müvazinətini itirərək yıxılıb və başından zədələnib. O, aldığı xəsarətdən yerindəcə keçinib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş