Lənkəranda itkin düşdüyü bildirilən ər-arvad xilas edilib

Xəbərlər

20.08.2021 - 14:32

Həkimlər Klinikalar SEO Xidməti

Onlar ilkin tibbi yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib

 

Avqustun 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Lənkəran rayonunun Xanbulan kəndi ərazisində iki nəfərin Xanbulan çayı ətrafında naməlum şəraitdə itkin düşməsi barədə məlumat daxil olub.

 

FHN-in Mətbuat Xidmətindən AYNA-ya bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Cənub Regional Mərkəzinin və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

 

Əməliyyat şəraiti qiymətləndirilərkən paytaxt sakinləri olan həmin iki nəfərin (ər-arvad) yolu azıb geri qayıda bilmədikləri və Xanbulan su anbarının digər sahilində köməksiz vəziyyətdə qaldıqları məlum olub.

 

Hər iki şəxs FHN-in xilasediciləri tərəfindən xilas olunub. Onlar ilkin tibbi yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş