Lənkəranda ikimərtəbəli evdə yanğın olub

Hadisə

06.01.2026 - 18:05

Hadisə Göyşaban kəndi ərazisində qeydə alınıb

Lənkəranda ikimərtəbəli evdə yanğın olub. Hadisə səhər saatlarında rayonun Göyşaban kəndi ərazisində qeydə alınıb.

AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, kənd sakini Şamil Həsənağa oğlu Qurbanova məxsus ikimərtəbəli 8 otaqlı evdə başlayan yanğın bir anda ətrafa yayılıb.

Dərhal hadisə yerinə FHN-nin Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb. Alovun digər otaqlara keçməsinin qarşısı alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş