Lənkəranda evdə yanğın olub

Xəbərlər

22.01.2024 - 05:21

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Lənkəranda yanğın baş verib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, Lənkəran şəhərində ümumi sahəsi 150 kvadratmetr olan ikimərtəbəli altıotaqlı evin mətbəxinin yanar konstruksiyaları 12 kvadratmetr sahədə və dam örtüyü 10 kvadratmetr sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş