Le Pen: “Avropa İttifaqı üzv ölkələr üçün təhlükə yaradır”

Dünya

17.06.2024 - 15:57

Həkimlər Klinikalar SEO Xidməti

“Bizim layihəmizi Avropa Millətlər Alyansı adlandırmaq olar”

Fransa Parlamentinin müxalif fraksiyasının lideri Marin Le Pen hesab edir ki, Avropa İttifaqı onun üzv ölkələri üçün təhlükə yaradır, ona görə də Aİ-də islahatlar aparılmalıdır.

AYNA xəbər verir ki, siyasətçi “El Periódico” qəzetinə müsahibəsində deyib ki, İspaniya və Fransanı birləşdirən şey onları ayırandan daha vacibdir: “Avropa İttifaqının bütün xalqlarımız üçün təhlükə yaratdığını nəzərə alsaq, bizim birlikdə mübarizə aparmağımız məntiqlidir. Aİ Avropa deyil, sadəcə olaraq, bir neçə onilliklər ərzində iqtisadiyyatlarımıza və ölkələrimizə az fayda gətirdiyini göstərən kontinental əməkdaşlığın xüsusi formasıdır”.

Le Pen həmçinin Birliyin toksikliyindən danışıb və üzv dövlətlərə daha çox səlahiyyətlər vermək üçün Aİ-də islahatların aparılmasının zəruriliyinə işarə edib: “Bizim layihəmizi Avropa Millətlər Alyansı adlandırmaq olar. Bu, Avropalərarası əməkdaşlığın daha azad və daha ardıcıl sistemi olacaq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş