“Təşkilat artıq özünü elə bir şeyə çevirib ki, məsələn, mən onun bundan sonra nə olacağına biganəyəm”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) ayaqda qalma şanslarından danışıb. Bu barədə AYNA “RİA Novosti”yə istinadən xəbər verib.
Nazirin sözlərinə görə, sammitdən sonra onda güclənən təşkilatın gələcəyi ilə bağlı ən mühüm hiss biganəlikdir.
“Şanslar artıb, lakin ATƏT-i qorumaq üçün yox. Təşkilat artıq özünü elə bir şeyə çevirib ki, məsələn, mən onun bundan sonra nə olacağına biganəyəm”, - Lavrov mətbuat konfransında fikrini yekunlaşdırıb.
Bundan əvvəl Rusiya XİN rəhbəri Qərb ölkələrini ATƏT-i dağıtmaqda ittiham edib. Nazir qeyd edib ki, hazırda təhlükəsizliyin hər üç ölçüsündə - hərbi-siyasi, iqtisadi, humanitar, insan haqlarında yaradılan hər şey tam deqradasiyaya uğrayıb.