Lavrov: "Rusiya Avrasiyada təhlükəsizlik arxitekturası üzərində işləyir"

Dünya

10.02.2026 - 14:33

“Moskva dürüst beynəlxalq əməkdaşlığın qurulmasında maraqlıdır”

“Rusiya Avrasiyada bərabər və bölünməz təhlükəsizlik arxitekturası yaratmaq üzərində işləyir”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir Diplomat Günü ilə bağlı videomüraciətində bildirib ki, "Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Avrasiya məkanında bərabər və bölünməz təhlükəsizlik və geniş praktik əməkdaşlıq arxitekturası yaratmaq üzərində işləyirik".

Rusiyalı nazir vurğulayıb ki, “Rusiya qarşılıqlı anlaşma, etimad və mehriban qonşuluq prinsiplərinə əsaslanan dürüst beynəlxalq əməkdaşlığın qurulmasında” maraqlıdır.

"Bu baxımdan, biz ikitərəfli müqavilələrin bağlanmasına və həyata keçirilməsinə xüsusi əhəmiyyət veririk. Bunlara Belarusla təhlükəsizlik zəmanətləri və Şimali Koreya və İranla hərtərəfli strateji tərəfdaşlıq haqqında müqavilələrimiz daxildir", - deyə qeyd edib.

Qeyd edək ki, Diplomat Günü Rusiyada hər il 10 fevralda qeyd olunur. Bu peşə bayramı 2002-ci ildə Prezident Vladimir Putinin fərmanı ilə təsis edilib. Bu gün Xarici İşlər Nazirliyinin, Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşları və diplomatik xidmət veteranları təltif olunurlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş