Lavrov: “Prezidentlərin görüşündən xüsusi gözləntimiz yoxdur”

Dünya

09.06.2021 - 13:26

Həkimlər Klinikalar SEO Xidməti

“Ancaq ən yüksək səviyyədə obyektiv fikir mübadiləsinə ehtiyac var”

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında keçiriləcək görüşünü şərh edib.

 

AYNA “RİA Novosti”yə istinadən bildirir ki, Lavrov Moskvanın prezidentlərin görüşü ilə bağlı xüsusi gözləntilərinin olmadığını deyib.

 

“Hansısa irəliləyişin olacağına dair xəyalımız yoxdur. Ancaq ən yüksək səviyyədə obyektiv fikir mübadiləsinə ehtiyac var”, - deyə XİN başçısı vurğulayıb.

 

Lavrov prezidentlərin Rusiya və ABŞ-ın üzləşdiyi təhdidləri müzakirə etmələrinin lazım olduğunu açıqlayıb.

 

Qeyd edək ki, Rusiya və ABŞ liderləri arasında görüş iyunun 16-da Cenevrə şəhərində baş tutacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş