Azərbaycanda COVID-19-dan ölənlərin sayı 1551 nəfərə çatdı

Aktual

04.12.2020 - 15:50

Son sutkada 4 min 267 nəfər yoluxub, 41 nəfər vəfat edib, 2 min 566 nəfər sağalıb

 

Azərbaycanda son sutkada koronavirusa (COVID-19) 4 min 267 yeni yoluxma faktı qeydə alınıb, 2 min 566 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 138000 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 83800 nəfər müalicə olunaraq sağalıb, 1551 nəfər vəfat edib, aktiv xəstə sayı 52649 nəfərdir.

 

Ölkədə son sutka ərzində 15 min 808, hazırkı dövrədək isə 1 milyon 797 min 026 test aparılıb.

Müəllif: Ayna.az