Rusiya XİN başçısı: “İrəvana hansı ölkənin nə məsləhət verdiyini bilmirəm”
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında irəliləyişin olmaması Qərbdən məsləhət alan İrəvanın mövqeyindən qaynaqlanır.
AYNA “Report”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında deyib.
“Bunun səbəbini İrəvanın mövqeyində görürəm”, - Rusiya XİN başçısı qeyd edib.
O əlavə edib ki, Qərb Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsinə imkan vermək istəmir: “İrəvana hansı ölkənin nə məsləhət verdiyini bilmirəm. Amma biz gördük ki, Avropa İttifaqı, Fransa, Almaniya və ABŞ Rusiya-Ermənistan-Azərbaycan prosesinin marşrutların açılması, sərhədlərin delimitasiyası və sülh sazişinin hazırlanması ilə nəticələndiyini anlayan kimi dərhal bu proseslərə müdaxilə etməyə başladılar”.