Elmar Məmmədyarov Beynəlxalq Böhran Qrupunun prezidenti ilə görüşüb

Siyasət

27.09.2019 - 08:32

Elmar Məmmədyarov Robert Maley ilə görüşüb 

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Beynəlxalq Böhran Qrupunun prezidenti Robert Maley ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, görüş zamanı tərəflər bölgədəki təhlükəsizlik vəziyyəti ətrafında ətraflı fikir mübadiləsi aparıblar.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə iki ölkənin xarici işlər nazirlərinin ən son görüşü haqqında R.Maleyə məlumat verib. Münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, Helsinki Yekun Aktı, beynəlxalq təşkilatların, ilk növbədə isə BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü çərçivəsində həllinin, hərbi işğal amilinin aradan qaldırılmasının və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının zəruriliyi vurğulanıb.

Müəllif: Ayna.az