Azərbaycan rəsmiləri Türkiyəyə yardım üçün danışıqlar aparırlar

Siyasət

25.01.2020 - 14:43

Türkiyədə baş verən güclü zəlzələ insan itkisinə və ciddi dağıntılara səbəb olub

 

Türkiyənin Elazığ və Malatya şəhərlərində baş verən zəlzələ ilə əlaqədar yardım göstərilməsi və texniki problemlərin həll etmək üçün Azərbaycan rəsmiləri Türkiyədən olan həmkarları ilə danışıqlar aparırlar. 

 

Bu barədə AYNA-ya Azərbaycanın Nazirlər Kabinetindən məlumat verilib.

 

Qeyd olunub ki, məsləhətləşmələr müxtəlif səviyyələrdə, həm Türkiyənin Azərbaycandakı səfirliyi vasitəsilə, həm də birbaşa aparılır.

Müəllif: Ayna.az