Lavrov: “ABŞ-ın Ukraynaya ilə bağlı tələbləri qəbuledilməzdir”

Dünya

13.11.2022 - 13:27

Həkimlər Klinikalar SEO Xidməti

“ABŞ və onların qərbli dostları Ukraynadakı vəziyyətlə bağlı tamamilə qəbuledilməz dildə israr etdilər”

“Şərqi Asiya Sammiti zamanı Amerika tərəfi və bir sıra Qərb tərəfdaşları Ukraynadakı vəziyyətlə bağlı qətiyyən qəbuledilməz tələblər və qiymətləndirmələrdə israr etdilər. Buna görə də birgə bəyanat qəbul olunmadı”. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Heç bir kollektiv qərar qəbul edilməyib, çünki ABŞ və onların qərbli dostları Ukraynadakı və onun ətrafındakı vəziyyətlə bağlı tamamilə qəbuledilməz dildə israr etdilər”, - deyə Rusiyanın baş diplomatı xatırladıb.

Bundan əlavə, Lavrov qeyd edib ki, gələcək əməkdaşlığın əsas istiqamətləri sammitin yekunlarına əsasən Kamboca sədrliyi tərəfindən öz adından veriləcək kommünikedə öz əksini tapacaq.

Qeyd edək ki, sammit iştirakçıları arasında Asiya-Sakit okean regionuna daxil olan ölkələrin nümayəndələri də var. Sammit zamanı dövlətlərin nümayəndələri siyasi inkişaf, eləcə də ölkələr arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş