Laçında keçirilən Azərbaycan-Türkiyə birgə təlimi başa çatdı - VİDEO

Siyasət

11.09.2021 - 15:42

Həkimlər Klinikalar SEO Xidməti

Təlimlərdə qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi başa çatıb.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, təlim zamanı xüsusi təyinatlı qruplar mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması, əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması, zərərsizləşdirilməsi, məhv edilməsi, o cümlədən  müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və qarşıya qoyulan digər tapşırıqları uğurla icra ediblər.

Hər iki ölkənin hərbi qulluqçularının təlimdə nümayiş etdirdiyi peşəkarlıq yüksək qiymətləndirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş